Dövlət sərhədini xüsusi hava əməliyyatları qüvvələri də qoruyacaq 

Dövlət sərhədini xüsusi hava əməliyyatları qüvvələri də qoruyacaq 
# 10 may 2022 12:23 (UTC +04:00)

“Sərhəd mühafizə orqanları haqqında” Qanuna dəyişiklik edilib.

APA xəbər verir ki, qanuna dəyişiklə bağlı qanunu Prezident İlham Əliyev təsdiq edib.

Həmin dəyişikliyə müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinə xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunub. “Sərhəd mühafizə orqanları haqqında” Qanuna da buna uyğun dəyişiklik edilib.

İndiyə kimi çevik hərəkət qüvvələri, sahil mühafizəsi, sərhəd nəzarətindən ibarət olmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığı təmin edilirdi. Dəyişikliklə bura xüsusi hava əməliyyatları qüvvələri də əlavə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR