DSK ilə Finlandiya Statistika İdarəsi arasında əməkdaşlıq memorandumu təsdiqlənib

DSK ilə Finlandiya Statistika İdarəsi arasında əməkdaşlıq memorandumu təsdiqlənib
# 01 fevral 2023 17:40 (UTC +04:00)

2022-ci il avqustun 5-də Bakı şəhərində və dekabrın 12-də Helsinki şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Finlandiya Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Finlandiya Respublikası Hökumətinə bildiriş göndərsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR