Ədliyyə Nazirliyində iki baş idarə ləğv edilib, iki yeni baş idarə yaradılıb

Ədliyyə Nazirliyində iki baş idarə ləğv edilib, iki yeni baş idarə yaradılıb
# 28 noyabr 2022 15:51 (UTC +04:00)

Ədliyyə Nazirliyinin Aparatının strukturuna Strateji planlaşdırma və monitorinq və Ədliyyə sahəsində xidmətlər baş idarələri daxil edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Təşkilat-nəzarət və Qeydiyyat və notariat baş idarələri ləğv edilib. Kadrlar Baş İdarəsinin əsasında isə İnsan Resursları Baş İdarəsi yaradılıb.

Eyni zamanda Ədliyyə Nazirlyinin Kollegiyasının üzvləri sırasından Təşkilat-nəzarət və Qeydiyyat və notariat baş idarələrinin rəisləri çıxarılıb, Strateji planlaşdırma və monitorinq və Ədliyyə sahəsində xidmətlər baş idarələrinin rəisləri əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR