Ədliyyə Nazirliyinin Aparatının strukturu dəyişib

Ədliyyə Nazirliyinin Aparatının strukturu dəyişib
# 28 noyabr 2022 15:44 (UTC +04:00)

Ədliyyə Nazirliyinin Aparatının strukturu dəyişib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”na edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Ədliyyə Nazirliyinin Aparatının strukturu aşağıdakı kimi olacaq:

Strateji planlaşdırma və monitorinq baş idarəsi

Qanunvericilik baş idarəsi

Ədliyyə sahəsində xidmətlər baş idarəsi

İcra baş idarəsi

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

İnsan resursları baş idarəsi

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və kommunikasiya idarəsi

İstintaq idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

İnformasiya texnologiyaları və innovasiyalar idarəsi

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi”

İndiyə qədər Ədliyyə Nazirliyinin aparatının strukturu aşağıdakı kimi idi:

Təşkilat-nəzarət baş idarəsi

Qanunvericilik baş idarəsi

Qeydiyyat və notariat baş idarəsi

İcra baş idarəsi

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

Probasiya xidməti (baş idarə səlahiyyətli) [5]

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi

İstintaq idarəsi

Kadrlar idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi

İnformasiya-kommunikasiya texnologiyaları idarəsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR