ƏƏSMN ilə Qırğızıstanın Sosial Fondu arasında əməkdaşlıq haqqında Protokol təsdiqlənib

ƏƏSMN ilə Qırğızıstanın Sosial Fondu arasında əməkdaşlıq haqqında Protokol təsdiqlənib
# 24 noyabr 2022 18:01 (UTC +04:00)

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində qeyd olunan Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR