Elektron Hökumətin İnkişafı Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə birləşdirilir

Elektron Hökumətin İnkişafı Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə birləşdirilir
# 24 noyabr 2022 17:59 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yenidən təşkil ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil ediləcək..

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR