Elxan Poluxov səfir və səlahiyyətli nümayəndə vəzifəsindən geri çağırılıb

Elxan Poluxov

© APA | Elxan Poluxov

# 19 avqust 2022 18:19 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR