Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Emoməli Rəhmon, İlham Əliyev

© APA | Emoməli Rəhmon, İlham Əliyev

# 26 may 2022 13:02 (UTC +04:00)

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimizi göndərirəm.

Tacikistan özünün mühüm tərəfdaşının sosial-iqtisadi inkişaf və beynəlxalq nüfuzunun möhkəmlənməsi sahəsində qazandığı nailiyyətlərə səmimi-qəlbdən sevinir.

Dost Azərbaycan ilə qarşılıqlı fəaliyyət Tacikistanın xarici siyasətində xüsusi yer tutur.

Fərəhlə bildirməliyəm ki, ölkələrimiz arasında zamanın sınağından çıxmış dostluq və əməkdaşlıq münasibətləri durmadan inkişaf edir.

Əminəm ki, ikitərəfli münasibətlərimizdə mövcud olan böyük potensialı tam həcmdə tətbiq etməklə biz birgə səylərimizlə bundan sonra da səmərəli əməkdaşlığımızı möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və sabitlik, əmin-amanlıq və firavanlıq arzu edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR