Əşrəf Qani Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Məhəmməd Əşrəf Qani

© APA | Məhəmməd Əşrəf Qani

# 28 may 2021 12:59 (UTC +04:00)

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

"Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə Əfqanıstan xalqı adından Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyiniz sayəsində daha sürətlə inkişaf edəcək. Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafına sadiqliyimizin təzahürüdür.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR