Estoniya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

Estoniya Prezidenti Kersti Kalyulayd

© APA | Estoniya Prezidenti Kersti Kalyulayd

# 28 may 2021 12:37 (UTC +04:00)

Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, biz dünyamızdakı bütün cəmiyyətlərə böyük təsir göstərmiş qlobal çağırışa qalib gəldikdən sonra ölkələr arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq daha da genişlənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı, həmçinin Azərbaycan Respublikasına və onun xalqına əmin-amanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR