Gənclər Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 07 iyun 2022 17:15 (UTC +04:00)

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, yeni tərkib aşağıdakı kimidir:

“Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

“Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqının sədri

Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü

“Azərbaycanlı Tələbələr və Məzunlar Platforması”nın İdarə Heyətinin üzvü.”

Qeyd edək ki, Gənclər Fondu Müşahidə Şurasının əvvəlki tərkibi aşağıdakı kimi olub:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Vəliyev Seymur Aydın oğlu - “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri

Ağabəyli Murad Asif oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR