Gənclər və İdman Nazirliyi aparatının işçilərinin say həddi artırılıb

Gənclər və İdman Nazirliyi aparatının işçilərinin say həddi artırılıb
# 17 avqust 2022 16:03 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən, Gənclər və İdman Nazirliyi aparatının işçilərinin say həddi 113 ştat vahidindən 163 ştat vahidinə qaldırılıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR