Hindistan Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Hindistan Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
# 27 may 2022 13:03 (UTC +04:00)

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. Bu il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi tamam olur. Ötən 30 il ərzində əlaqələrimiz xüsusilə iqtisadi sahədə yaxşı inkişaf edib.

Münasibətlərimizi qarşılıqlı anlaşma və maraq üzərində qurmaq olduqca vacibdir.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR