Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nizamnamə fondu məlum olub

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nizamnamə fondu məlum olub
# 19 may 2022 13:11 (UTC +04:00)

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nizamnamə fondu məlum olub.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Mərkəzin nizamnamə fondu 100 min manatdır.

Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Mərkəzin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.

Mərkəzin məhsulları tənzimlənən qiymətlərə aid deyildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR