İki idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib

İki idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib
# 12 noyabr 2022 13:03 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Əliyev Vaqif Hüseynağa oğlu

Hüseynov Nazim Qalib oğlu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR