İlham Əliyevin tapşırığı ilə Azərbaycan Hökuməti Pakistana yardım edəcək

İlham Əliyevin tapşırığı ilə Azərbaycan Hökuməti Pakistana yardım edəcək
# 27 avqust 2022 16:12 (UTC +04:00)

Azərbaycan Hökuməti Pakistana yardım edəcək.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR