İqtisadiyyat nazirinə yeni vəzifə həvalə olunub

Mikayıl Cabbarov, iqtisadiyyat naziri

© APA | Mikayıl Cabbarov, iqtisadiyyat naziri

# 28 iyul 2022 17:21 (UTC +04:00)

İqtisadiyyat naziri Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri təyin edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamında əksini tapıb.

Komissiyanın həmsədri bundan əvvəl Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olub.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncama edilmiş dəyişiklik barədə Türkmənistan tərəfinə müvafiq bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR