İraq Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

İraq Respublikasının Prezidenti Bərham Saleh

© APA | İraq Respublikasının Prezidenti Bərham Saleh

# 26 may 2022 19:25 (UTC +04:00)

İraq Respublikasının Prezidenti Bərham Saleh Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost xalqınıza və ölkənizə isə tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımızın tərəqqisi və rifahı naminə ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumuzu vurğulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR