İraqın Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 03 iyun 2022 18:35 (UTC +04:00)

İraqın Baş naziri Mustafa Al-Kazımi Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə İraq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında yaxın dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə davamlı uğurlar, xoşbəxtlik, dost Azərbaycan hökumətinə və xalqına isə firavanlıq və tərəqqi arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR