İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İspaniya Kralı VI Felipe

© APA | İspaniya Kralı VI Felipe

# 28 may 2021 16:16 (UTC +04:00)

İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiramımı bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR