Katalin Novak: "Macarıstan Azərbaycanı strateji tərəfdaş hesab edir"

Katalin Novak

© APA | Katalin Novak

# 09 iyun 2022 17:38 (UTC +04:00)

Macarıstanın Prezidenti Katalin Novak Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım.

Azərbaycan Respublikası ilə əlaqələr Macarıstan üçün xüsusi əhəmiyyət kəsb edir. Macarıstan Azərbaycanı strateji tərəfdaş hesab edir və buna görə də mən ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamik inkişafından məmnunam.

Mən öz fəaliyyətimlə qarşıdakı dövrdə ikitərəfli münasibətlərimiz üçün yeni, qarşılıqlı faydalı perspektivlər yaradılmasına çalışacağam.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR