Küveyt Əmiri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 02 iyun 2023 18:32 (UTC +04:00)

Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident!

Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.

Sizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul edin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR