Küveytin Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 02 iyun 2023 18:12 (UTC +04:00)

Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə məmnuniyyətlə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Bu gözəl fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edir, bu əlaqələrin ortaq maraqlarımız naminə daha da möhkəmlənməsinə səy göstərdiyimizi vurğulayırıq.

Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah diləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR