Latviya Prezidenti: Azərbaycanı yaxın tərəfdaş hesab edirik

Latviya Prezidenti: Azərbaycanı yaxın tərəfdaş hesab edirik
# 08 mart 2023 16:53 (UTC +04:00)

"Enerji resurslarının şaxələndirilməsi baxımından Azərbaycanı yaxın tərəfdaş hesab edirik".

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Latviya Prezidenti Egils Levits deyib.

Egils Levits bildirib ki, Latviya artıq Rusiyadan qaz və neft idxal etmir: “Həmçinin Aİ də artıq bunu ciddi surətdə azaldıb və Aİ yeni mənbələr axtarışındadır və artıq Azərbaycan üçün də imkan yaranıb ki, yeni bazara daxil olsun. Həmçinin Azərbaycan qazın Avropaya ötürülməsi üçün yeni qaz kəmərləri çəkir, investisiya qoyur. Azərbaycan və Latviya arasında ikitərəfli əlaqələrə gəlincə, Azərbaycan bizim üçün vacib ticarət tərəfdaşıdır. Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsi artıb. Yaxın əlaqələr hər iki tərəfin xeyrinədir".

Latviya dövlət başçısı əlavə edib ki, onun ölkəsi informasiya kommunikasiya texnologiyaları sahəsində, yaşıl texnologiyalar sahəsində, ağıllı enerji konsepsiyası sahələrində əməkdaşlıqda maraqlıdır: "Bu səfərimdə Latviyanın İnvestsiya və İnkişaf Agentliyinin direktoru da məni müşayiət edir. Bizim Agentliklə AZPROMO arasında anlaşma memorandumunun imzalanması gözlənilir. Bu yazın iqtisadi əməkdaşlığımızın aydın nümunəsidir. Nəqliyyat və logistika da maraqlandığımız sahələrdir. Bugün imzalanacaq bu memorandum əməkdaşlığımız üçün hüquqi baza yaradacaq. İş adamları üçün yeni dəstək təmin edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR