Latviya Prezidenti dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 24 dekabr 2021 13:20 (UTC +04:00)

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Zati-aliləri,

İcazə verin, yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Qəti şəkildə inanıram ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdan gələn illərdə genişlənməkdə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR