Liviya Prezident Şurasının sədri Azərbaycan dövlət başçısını təbrik edib

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi

© APA | Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi

# 02 iyun 2021 16:46 (UTC +04:00)

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Zati-alinizə və dost Azərbaycan xalqına Respublika Günü münasibətilə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı və səadət, xalqınıza isə tərəqqi və firavanlıq arzu edirəm.

Bu əlamətdar gündə Uca Allahdan diləyim budur ki, dost Azərbaycan xalqına davamlı inkişaf, sabitlik və firavan gələcək nəsib etsin.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR