Liviya Prezident Şurasının sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Liviya Prezident Şurasının sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
# 29 may 2022 09:12 (UTC +04:00)

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunda bildirilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR