Maldiv lideri Prezident İlham Əliyevi təbrik edib

Maldiv lideri Prezident İlham Əliyevi təbrik edib
# 30 may 2023 19:37 (UTC +04:00)

Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solih Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Maldiv hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR