“Masdar”ın baş icraçı direktoru: Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndiririk

“Masdar”ın baş icraçı direktoru: Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndiririk
# 12 may 2023 16:41 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Xahiş edirəm, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, atanız Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Masdar” şirkəti adından ən xoş arzularımı qəbul edin.

Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişafına töhfə verən, güclü enerji iqtisadiyyatını formalaşdırmaq üçün mütərəqqi strategiyanı müəyyənləşdirən dahi dövlət xadimi idi. Bu gün həmin strategiya Sizin rəhbərliyinizlə uğurla davam etdirilir. “Masdar” şirkəti həmin strategiyanı dəstəkləməkdə mühüm rol oynamaqdan şərəf duyur və biz dünya səviyyəli təmiz enerji layihələrinin inkişafı istiqamətində birgə işləməyə davam etdiyimiz üçün Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndiririk.

Cənab Prezident, dahi Ümummilli Liderin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR