MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib - YENİLƏNİB

MDB dövlət başçılarının qeyri-rəsmi görüşü

© APA | MDB dövlət başçılarının qeyri-rəsmi görüşü

# 28 dekabr 2021 16:06 (UTC +04:00)

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

saat 15:10

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR