Məbləği 15 min manatdan artıq olan daşınar əmlak nağdsız qaydada alınacaq

Məbləği 15 min manatdan artıq olan daşınar əmlak nağdsız qaydada alınacaq
# 31 yanvar 2023 17:36 (UTC +04:00)

Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.16-cı maddədə qeyd edilib.

Qanuna əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR