Mədəniyyətlərarası Dialoq Forumu gələn ildən bərpa olunacaq

Mədəniyyətlərarası Dialoq Forumu gələn ildən bərpa olunacaq
# 08 mart 2023 14:28 (UTC +04:00)

Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumu gələn ildən bərpa olunacaq.

APA-nın xəbərinə görə, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.

Dövlət başçısı bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR