Məşğulluq sahəsində rəqəmsal xidmətlər genişləndiriləcək

Məşğulluq sahəsində rəqəmsal xidmətlər genişləndiriləcək
# 30 noyabr 2022 17:07 (UTC +04:00)

Əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlər genişləndiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR