Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılacaq

Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılacaq
# 18 avqust 2022 15:55 (UTC +04:00)

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı İdarənin qərarlarından, hərəkət və hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş hallar istisna olmaqla) verilmiş təkrar şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR