Moldova Prezidenti İlham Əliyevə zəng edib

Moldova Prezidenti İlham Əliyevə zəng edib
# 30 may 2022 18:51 (UTC +04:00)

Mayın 30-da Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı əsnasında Maya Sandu Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib və ən səmimi arzularını çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub, enerji, iqtisadi və ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin regional və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR