Monteneqro Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Milo Cukanoviç

© APA | Milo Cukanoviç

# 01 iyun 2022 16:27 (UTC +04:00)

Monteneqronun Prezidenti Milo Cukanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin rifahı və dost Azərbaycan xalqının firavanlığı ilə bağlı ən xoş arzularımı çatdırıram.

Ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmətin və sıx dostluq münasibətlərinin davamlı inkişafını görmək çox xoşdur. İqtisadiyyat və turizm sahələrində əldə edilmiş nəticələr, apardığımız yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma iqtisadi əlaqələrimizin dərinləşməsi üçün yaxşı zəmin yaradır.

Əminəm ki, Monteneqro və Azərbaycan öz məqsədyönlü siyasətləri ilə regional və beynəlxalq səviyyələrdə getdikcə dərinləşən problemlərin həllinə bundan sonra da töhfələrini verəcəklər.

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul edin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR