Myanma Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Myanma Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
# 27 may 2023 17:42 (UTC +04:00)

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“28 May – Müstəqillik Günü münasibətilə Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, Myanma ilə Azərbaycan arasında mövcud dostluq münasibətləri ölkələrimiz və xalqlarımız üçün səmərəli olacaqdır.

Sizə möhkəm cansağlığı və şəxsi rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR