Myanma Dövlət İdarə Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının sədri general Min Aung Hlaing 

© APA | Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının sədri general Min Aung Hlaing 

# 03 iyun 2021 15:52 (UTC +04:00)

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının sədri general Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, ölkənizə davamlı tərəqqi və rifah diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR