Myanma lideri Prezident İlham Əliyevi təbrik edib

Myanma lideri Prezident İlham Əliyevi təbrik edib
# 23 may 2022 14:54 (UTC +04:00)

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Myanma ilə Azərbaycan arasında mövcud dostluq münasibətləri birgə səylərimiz nəticəsində qarşıdakı illərdə daha da inkişaf edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR