Nikaha dair prosedurlar dəyişib

Nikaha dair prosedurlar dəyişib
# 31 may 2023 14:37 (UTC +04:00)

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Ailə Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə məhkəmə qətnaməsindən çıxarış dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR