Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri Azərbaycan Prezidentini təbrik edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 dekabr 2021 12:15 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri,

Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayırıq.

Sevinirik ki, bu il Qlobal Bakı Forumu çoxlu tanınmış şəxsi bir araya gətirərək böyük uğurla təşkil olundu. Biz özümüzü Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ailəsinin üzvləri hesab edirik. Bakıya səfər etmək imkanımız olmasa da, tədbirdə onlayn formatda iştirak etdik. Forumda şəxsən iştirak edən həmkarlarımız kimi, biz də onun böyük müvəffəqiyyətlə keçdiyi qənaətindəyik. İnanırıq ki, gələn il keçiriləcək Forum daha uğurlu olacaq.

Cənab Prezident, fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz inam və etimada, davamlı böyük dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, Yeni ildə ən xoş arzularımızı çatdırırıq.

Hörmətlə,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri:

Marianna Vardinoyannis

UNESCO-nun xoşməramlı səfiri,

Kerri Kennedi

Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti,

Jan Baderşneyder

“Müasir Köləliyə Son Qoyaq” Qlobal Fondunun idarə heyətinin sədri,

2000–2013-cü illərdə “ExxonMobil” şirkətinin vitse-prezidenti”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik arzularımızı çatdırırıq.

Biz Azərbaycanın dostları olaraq ölkənizin inkişafı üçün göstərdiyiniz davamlı səylərin şahidi olmuşuq. Tanrı Sizi və gözəl ailənizi daim qorusun, xalqınız və bütün bəşəriyyət naminə nəcib istəkləriniz, arzularınız həyata keçsin.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi təşəkkürlərimizi bildiririk. Mərkəz dünyada daha yaxşı qarşılıqlı anlaşmaya töhfə verən aktual beynəlxalq məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrilmişdir.

Hörmətlə və xoş arzularla,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:

Petre Roman

1989-1991-ci illərdə Rumıniyanın Baş naziri,

Çiril Qaburici

2015-ci ildə Moldovanın Baş naziri,

Yadranka Kosor

2009-2011-ci illərdə Xorvatiyanın Baş naziri,

İqor Lukşiç

2010-2012-ci illərdə Monteneqronun Baş naziri,

Rəşid Alimov

2016-2019-cu illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR