NK mərkəzi icra hakimiyyəti orqanlarının aldıqları qrantların reyestrinin aparılması qaydasını hazırlayacaq

NK mərkəzi icra hakimiyyəti orqanlarının aldıqları qrantların reyestrinin aparılması qaydasını hazırlayacaq
# 21 yanvar 2023 15:09 (UTC +04:00)

Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun tətbiqi fərmanda əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR