Özəl baytarlıq xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilib

Özəl baytarlıq xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilib
# 19 avqust 2022 17:04 (UTC +04:00)

Əlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.
Eyni zamanda, qanuna əsasən, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR