Paraqvay Prezidenti: “Azərbaycanla münasibətlər möhkəmlənəcək”

Mario Abdo Benitez

© APA | Mario Abdo Benitez

# 07 iyun 2022 16:10 (UTC +04:00)

Paraqvay Respublikasının Prezidenti Mario Abdo Benitez Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Paraqvay hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər möhkəmlənəcək və bu, gələcəkdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da inkişaf etməsinə şərait yaradacaqdır.

Fürsətdən istifadə edərək, bir daha Azərbaycan xalqına və hökumətinə təbriklərimi, Zati-alinizə isə ən yüksək hörmət və ehtiramımı çatdırıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR