Prezident: Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk

Prezident: Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk
# 15 noyabr 2022 16:58 (UTC +04:00)

“Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Biz bunu çox yüksək qiymətləndiririk”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib.

“Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”, - dövlət başçısı İlham Əliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR