Prezident audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısını təsdiqləyib

Prezident audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısını təsdiqləyib
# 17 sentyabr 2022 16:24 (UTC +04:00)

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqlənib.

APA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “AzTV” televiziya yayımçısı.

2. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “İdman TV” televiziya yayımçısı.

3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Mədəniyyət TV” televiziya yayımçısı.

4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Azərbaycan Radiosu” radio yayımçısı.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “ASAN Radio” radio yayımçısı.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “Avto FM” radio yayımçısı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR