Prezident: Azərbaycan alternativ enerji sektorunda öndə gedənlərin arasında olmaq istəyir

Prezident: Azərbaycan alternativ enerji sektorunda öndə gedənlərin arasında olmaq istəyir
# 31 may 2023 11:58 (UTC +04:00)

Azərbaycan özünü alternativ enerji sektorunda keçidin bir hissəsi kimi hiss edir və bu prosesdə öndə gedənlərin arasında olmaq istəyir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı builki tədbirdə alternativ enerji sahəsində fəaliyyət göstərən daha çox şirkətin iştirak etməsindən məmnunluğunu ifadə edib: “Enerji təhlükəsizliyi sadəcə dəhlizlərin şaxələndirilməsi deyil, bu mənbələrin şaxələndirilməsidir. Mən düşünürəm ki, hər kəs bunu aydın şəkildə görür ki, bizim durumumuzda bu hər ikisidir – dəhlizlərin şaxələndirilməsi, mənbələrin şaxələndirilməsi. Həmçinin şirkətlər, ölkələr, beynəlxalq maliyyə institutları arasında çox sadiq komanda işi olmalıdır. Biz həqiqətən də komanda kimi işlədik. Çünki bizim 1 hədəfimiz var – enerji təhlükəsizliyini necə gücləndirə bilərik, bir-birimizə çətinliklərin öhdəsindən gəlməyə necə yardım edə bilərik?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR