Prezident: “Azərbaycan, Gürcüstan və Ermənistanın üçlü formatda qarşılıqlı fəaliyyəti üçün yaxşı imkanlar var”

Prezident: “Azərbaycan, Gürcüstan və Ermənistanın üçlü formatda qarşılıqlı fəaliyyəti üçün yaxşı imkanlar var”
# 27 aprel 2022 10:54 (UTC +04:00)

Xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanlar var və Azərbaycan tərəfi buna hazırdır.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edərkən deyib.

Dövlət başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR