Prezident: Azərbaycan ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi

Prezident: Azərbaycan ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi
# 08 fevral 2023 15:56 (UTC +04:00)

Sizə bir daha başsağlığı verirəm. Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən bildirib.

“Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə”, - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR