Prezident: Azərbaycan Laçın dəhlizinə alternativ yeni yolun inşasını başa çatdırmaq üzrədir, sülhməramlıların həmin yola dislokasiyası nəzərdə tutulur

İlham Əliyev

© APA | İlham Əliyev

# 05 avqust 2022 08:08 (UTC +04:00)

Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR